"Neftçi" Piterdə braziliyalı müdafiəçinin üzünü görməyəcək

1 İyul 2023 01:00 Neftçi 1 113
"Neftçi" Piterdə braziliyalı müdafiəçinin üzünü görməyəcək

"Zenit"in müdafiəçisi Rodriqao "PARİ Premyer Kuboku"nun “Neftçi” ilə ilk oyununda iştirak edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı arxa xətt oyunçusu Santk-Peterburq təmsilçisinin ümumi qrupunda məşq etməyib.

Braziliyalı müdafiəçinin bud əzələsindəki zədə hələ də sağalmayıb.

Rodriqao Rusiya Premyer Liqasının son mövsümündə 26 oyun keçirib və 1 qol vurub.

"Zenit" - "Neftçi" qarşılaşması 1 iyul tarixində Bakı vaxtilə saat 20:30-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti