"Neftçi" Azərbaycan millisinin futbolçusu Filip Ozobiçi transfer edib.
Klub saytımızın xeyli öncə yaydığı məlumatı bu gün rəsmən doğrulayıb.
Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan xorvatiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
32 yaşlı oyunçu paytaxt təmsilçisində 10 nömrəli formanı geyinəcək.
Filip Ozobiç "Neftçi"nın mövsümlər arası fasilədə heyətinə qatdığı ikinci futbolçudur. "Ağ-qaralar" daha əvvəl "Səbail"dən Emil Balayevlə müqavilə bağlayıb.
Yeddi ildən artıqdır ölkəmizdə yaşayan və AFFA tərəfindən milliləşdirilən legioner “Neftçi”də “Qarabağ”da aldığı puldan az qazanacaq.
Onun yeni klubunda illik gəliri 200-220 min dollar civarında olacaq.
SPORTİNFO.AZ

