"Neftçi" iki gün əvvəl "Matç TV"nin turniri üçün Rusiyaya yola düşdü.
Komanda üzvləri Bakı Hava Limanında olan zaman maraqlı hadisə yaşanıb.
Belə ki, bir "Qarabağ" azarkeşi sabiq "Qarabağ"lı Filip Ozobiçi görüncə ona yaxınlaşıb.
İkili arasında qısa müddət xoş dialoq olub.
Xorvatiyalıya yeni klubunda uğur arzulayan fanat, onun yerinin "Qarabağ" üçün xüsusi olmasını da önə çəkib.
32 yaşlı yarımmüdafiəçinin "Qarabağ" fanatı ilə səmimi söhbətinə çox dözməyən Eddi İstafilov müdaxilə edib.
Təcrübəli oyunçu yarızarafat, yarıciddi "Onun üçün "Qarabağ" bitdi, indi yalnız tək "Neftçi" var" - deyə səslənib.
Eddinin replikası tərəflərin gülüşü ilə qarşılanıb.
Ozobiç 2018-2022-ci illər ağdamlıların şərəfin qoruyub. O, bu müddətdə meydana çıxdığı 151 görüşdə 42 qol, 36 asistlə yadda qalıb.
"Ağ qaralar" onunla iki illik müqavilə imzalayıb.
XANOĞLAN / SPORTİNFO.AZ

