Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov "Neftçi"də davam edən baş məşqçi axtarışları ilə bağlı yeni məlumatlar paylaşıb.
Qeyd edib ki, Sergen Yalçın dəftəri "Neftçi" üçün tam bağlanmasa da, keçidin aktuallığı demək olar gün keçdikcə itməkdədir:
"Keçən dəfə dediyim kimi, əgər türkiyəli, necə deyərlər, qapını döyərsə, öncəlik ondadır. Bəli, bu ehtimal hələ də qalmaqdadır.
Amma Sergen Yalçın Bakıya xəbər göndərməyib. Maliyyə məsələsində tərəflər arasında fikir ayrılıqları var.
"Neftçi" məvacibi bonuslarla bərabər 1,5 milyon avroya kimi qaldırıb. Sergen .Yalçın ümid edir ki, alacağı pula bəlkə əlavələr edilər.
Ancaq son sədd bura qədərdir. Bu isə o deməkdir ki, artıq yavaş-yavaş potensial keçid öz qüvvəsini itirir.
Çünki Sergendən hələ də xəbər yoxdur. Geri dönüş etməyib. "Neftçi" başqa 3 əcnəbi məşqçi ilə eyni anda danışıqlar aparır.
Çox güman ki qarşıdakı bir həftə ərzində yeni baş məşqçinin adına aydınlıq gələr. Hər an hər şey ola bilər. Sergen Yalçın da gələ bilər, başqa birisi də".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

