“Zenit” Azərbaycana səfər etməyi planlaşdırır.
Rusiyanın son çempionu bu məqsədlə “Neftçi”yə məktub göndərib.
Sankt-Peterburq təmsilçisi Bakıda onlarla yoldaşlıq oyunu keçirmək istədiyini “ağ-qaralar”ın diqqətinə çatdırıb.
Sergey Semakın baş məşqçisi olduğu klub qarşılaşmanın təşkili və digər məsələlərlə bağlı danışıqlar aparmağa hazır oldumunu elan edib.
Iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV Kuboku”nda iştirak edəcək "Neftçi" turnir çərçivəsində iyulun 1-də Bakı vaxtı ilə saat 20:30-da “Zenit”, 8-də saat 20:30 Serbiyadan “Srvena Zvezda”, 15-də saat 15:00-da isə “Fənərbağça” ilə qarşılaşacaq.
SPORTİNFO.AZ

