“Neftçi”dən yeni iddia: “Tapşırıqlar böyükdür”

30 İyun 2023 09:00 Neftçi 1 844
“Neftçi”dən yeni iddia: “Tapşırıqlar böyükdür”

"Neftçi"nin məşqçisi İqor Getman PARI Premyer Kuboku ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, Rusiyanın "Matç TV" telekanalına müsahibəsində deyib:

"Bu turnir hazırlığımızın bir hissəsidir. Çünki bizi çətin mövsüm gözləyir. Tapşırıqlar böyükdür.

Özü də sözügedən turnir bizim üçün çox prestijlidir. Bu, avrokuboklar və çempionat öncəsi belə tanınmış rəqiblərlə qarşılaşmaq və gücümüzü yoxlamağımıza imkan verir".

İyulun 1-dən 15-dək Sankt-Peterburqda PARI Premyer Kuboku keçiriləcək. Turnirdə "Zenit", "Fənərbaxça", "Srvena Zvezda" və "Neftçi" iştirak edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti