"Neftçi" daha bir futbolçunun transferini yekunlaşdırmaq üzrədir.
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" Azərbaycan millisinin üzvü Filip Ozobiçi heyətinə cəlb edib.
Bu barədə paytaxt klubunun televiziyasında məlumat verilib.
"Qarabağ"dan ayrılan 32 yaşlı yarımmüdafiəçi hazırda Santk-Peterburqda "Neftçi"nin düşərgəsindədir. Müqavilə detalları tam təsdiqləndikdən sonra ictimaiyyətə rəsmi olaraq açıqlama veriləcək.
"Neftçi" "Səbail"dən ayrılan Emil Balayevlə 2 illik müqavilə imzalayıb.

