“Neftçi” axşam-axşam Sankt-Peterburq “Smena”sında - FOTOREPORTAJ

29 İyun 2023 23:20 Neftçi 943
“Neftçi” axşam-axşam Sankt-Peterburq “Smena”sında -  FOTOREPORTAJ

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı oteldə məskunlaşan komanda bu gün axşam məşqinə çıxıb.

Fitnes zalında fiziki təmrinlər yerinə yetirildikdən sonra hazırlıq “Smena” stadionunun meydançasında davam etdirilib.

Iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV Kuboku”nda iştirak edəcək "Neftçi" turnir çərçivəsində iyulun 1-i Bakı vaxtı ilə saat 20:30-da Rusiyanın “Zenit”, 8-i saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti