“Neftçi”də böyüyən Bala(yev): “Bundan sonra 15-20 il də keçsə...”

29 İyun 2023 22:40 Neftçi 973
“Neftçi”də böyüyən Bala(yev): “Bundan sonra 15-20 il də keçsə...”

“Neftçi”nin akademiyasında böyümüşəm, əsas komandasında yer almışam.

Buna görə də komandaya qayıdanda məndə nostalji hisslər yarandı”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Emil Balayev yetirməsi olduğu kluba dönüşü ilə bağlı açıqlamasında deyib.

29 yaşlı qapıçı “ağ-qaralar”da keçirdiyi ilk dönəmi xatırlayaraq, tarixi uğura imza atdıqlarını bildirib:

“Neftçi”də olduğum ilk dönəmdə Azərbaycan futbol tarixində yeni səhifə açdıq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq.

Bundan sonra 15-20 il də keçsə, bunlar əvəzolunmaz hisslərdir”.

2011-ci ildə “Neftçi”nin əsas komandasına cəlb edilən Emil Balayev başqa klublarda icarə əsasında oynadığını nəzərə almasaq, 2015-ci ilə qədər bu komandada çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti