8 aparıcı futbolçu “Neftçi” ilə matçda meydana çıxmayacaq

29 İyun 2023 13:20 Neftçi 968
8 aparıcı futbolçu “Neftçi” ilə matçda meydana çıxmayacaq

“Zenit”in 8 futbolçusu Sankt-Peterburqda təşkil olunacaq “Matç TV” turnirinin ilk turunda “Neftçi” ilə oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, onlardan 1-i yerli, 7-si isə əcnəbidir.

Belə ki, rusiyalı Daler Kuzyayevlə yanaşı, braziliyalılar - Malkom, Vendel, Robert Renan, Rodriqao, kolumbiyalılar - Matteo Kassierra, Vilmar Barrios və qazaxıstanlı Nurali Alip iyulun 1-də baş tutacaq qarşılaşmada iştirak edə bilməyəcəklər.

Məqalədə “Zenit”in ən yaxşı halda iyulun 9-da Türkiyə klubu “Fənərbağça”ya qarşı keçiriləcək turnirin son tur matçına tam heyətlə iştirak edə biləcəyi yazılıb.

“Zenit” – “Neftçi” oyunu “Qazprom Arena”da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti