17 klubda çalışmış baş məşqçi “Neftçi”yə gətirilir? – SON DƏQİQƏ

28 İyun 2023 19:00 Neftçi 8 672
17 klubda çalışmış baş məşqçi “Neftçi”yə gətirilir? – SON DƏQİQƏ

“Neftçi”nin danışıqlar apardığı türkiyəli baş məşqçinin kimliyi artıq bizə məlumdur. Sərgən Yalçın variantını gözdən çıxaran “ağ-qaralar” Osman Özköylü ilə təmas halındadır.
O, Türkiyə Super Liqasına yüksələn sonuncu komandanın çalışdırıcısıdır. Söhbət “Pendikspor”dan gedir. İstanbul təmsilçisi I Liqanın pley-off matçında "Bodrumspor"u 2:1 hesabı ilə məğlub edərək adını elitaya yazdırıb.
51 yaşlı mütəxəssis indiyədək Türkiyədə xeyli komanda çalışdırıb.

“Etimesgut Şekerspor”, “Erzurumspor”, “Körfez İskenderunspor”, “Elazığspor”, “Denizlispor”, “Kayseri Erciyesspor”, “Ankaraspor”, “Şanlıurfaspor”, “Adana Demirspor”, “Sivasspor”, “Samsunspor”, “BB Erzurumspor”, “Adanaspor”, “Osmanlıspor”, “Boluspor”, “Altay” kimi yerlərfə işləyib. 2021-ci ildən “Pendikspor”un başındadır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti