Son günlər aktual müzakirə mövzusuna çevrilən “Sergen Yalçın "Neftçi" ilə anlaşacaqmı” sualına artıq son qoyuldu deyə bilərik.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov əldə etdiyi eksklüziv xəbəri sizinlə bölüşür:
"Əziz "Neftçi" azarkeşləri. Sergen Yalçına "Neftçi" rəhbərliyinin qərar verməsi üçün tanıdığı müddət srağagün başa çatıb.
Bu isə onu deməyə əsas verir ki, danışıqlara son qoyulub. Amma bir məqam var.
Eksklüziv olaraq deyirəm ki, SOCAR rəhbərliyi tərəfindən bu müddətdə yeni namizədlərlə danışıqlara başlanılıb. Amma rəhbərlik tərəfindən Sergen Yalçına verilən bir söz də var.
Buna jest də deməm olar. Yəni, qapı açıq saxlanılıb.
Əgər Sergen yeni baş məşqçi ilə anlaşana qədər geridönüş edərsə, “Neftçi”yə təyinatı gerçəkləşə bilər".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

