“Neftçi” ölkə xaricində transfer çalışmalarına ara verib.
Bu barədə SOCAR-dan kluba təlimat gəlib.
Neft şirkəti baş məşqçi məsələsinə aydınlıq gəlmədən yeni legionerlərin alınmasını istəmir. Odur ki, SOCAR bu işləri tamamilə Lorentsiu Regekampfın əvəzləyicisinə tapşırmaq niyyətindədir.
Sezar Meza Kolli və Vato Arveladze kimi müqavilə müddəti bitmiş əcnəbilərlə yollarını ayıran paytaxt təmsilçisi 4 yeni sima ilə anlaşıb.
Anlaşılan oyunçulardan ikisinin kimliyi məlumdur, digərləri isə hələ gözləmə mövqeyindədir. “Ağ-qaralar” onların özlərini razı salıb, qalıb məxsus olduqları klublarla təzminat şərtlərində ortaq məxrəcə gəlmək.
“Ağ-qaralar“ Ervin Koffini sıralarına qatıb. Fil Dişi Sahilindən olan legionerlə 2+1 illik müqavilə imzalanıb.
Ölkəsinin U-23 yığmasının formasını geyinmiş Koffinin hazırda 28 yaşı var. «Şarleru»nin yetirməsi son olaraq Fransada «Pau»nun formasını geyinib.
2015-2018-ci illərdə «Loryen»in şərəfini qourumuş cinah müdafiəçisi Kiprdə də legioner həyatı yaşayıb. «Anortosis» və «Olimpiakos»un (Nikosiya) uğurları üçün tər töküb.
Premyer Liqanın bürünc medalçısı daha öncə “Anje”dən Miha Blajiçin keçidini həll edib.
Paytaxt təmsilçisi 30 yaşlı stoperlə 2 illik müqavilə imzalayıb. Fransa klubundan dəvət olunan mərkəz müdafiəçisi razılaşarsa, onunla sözləşmənin müdəti sonradan daha 1 il uzadılacaq.
2022-ci ilin iyunundan “Anje”də oynayan Blajiç ötən mövsüm Fransa Liqa 1-də 24 matç keçirib və 2 qol vurub.
Karyerası ərzində ölkəsində “Koper” və “Domjale”, Macarıstanda “Ferentsvaroş”un formasını geyinmiş mərkəz müdafiəçisi Sloveniya millisində 25 oyun keçirib.
“Transfermarkt”a görə, onun dəyəri iki milyon avrodur.
“Ağ-qaralar” daha əvvəl “Səbail”dən ayrılan qapıçı Emil Balayev və “Qarabağ”ı tərk edən yarımmüdafiəçi Filip Ozobiçlə anlaşıb.
Konfrans Liqasında mübarizə aparacaq “Neftçi” adlarını çəkdiyimiz legionerləri yeni baş məşqçinin istəyi əsasında düşərgəyə cəlb edəcək, ya da əksinə.
Ola bilsin ki, gələcək çalışdırıcı onların heç birini komnadaya götürməsin. hƏR ŞÜY MÜMKÜNDÜR.
SPORTİNFO.AZ

