Braziliyalı geri dönmədi - "Neftçi" ilə matçda meydana buraxılmayacaq

27 İyun 2023 09:00 Neftçi 2 006
Braziliyalı geri dönmədi - "Neftçi" ilə matçda meydana buraxılmayacaq

"Zenit"in egioneri Vendel "Matç TV" kubokunda "Neftçi"yə qarşı keçiriləcək görüşdə meydana çıxmayacaq.

Sportinfo.az xəbər verir ki, braziliyalı hələ ki, Sankt-Peterburq klubunun məşqlərinə qoşulmayıb.

Qarşıdakı günlərdə Rusiyaya qayıtmalı olan 25 yaşlı yarımmüdafiəçi "Neftçi" ilə görüşə qədər hazır olmayacağından onun meydana çıxmayacağı ehtimal olunur.

Sergey Semakın onu turnirin digər matçlarında meydana buraxacağı gözlənilir.

"Zenit" - "Neftçi" görüşü iyulun 1-də "Qazprom Arena"da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti