COP29

500 min avro da olsa... SOCAR “Neftçi”dən ötrü növbəti cəhd etdi

26 İyun 2023 15:00 Neftçi 4 979
500 min avro da olsa... SOCAR “Neftçi”dən ötrü növbəti cəhd etdi

SOCAR rəhbərliyi ilə Sərgən yalçın arasında danışıqlar yenidən bərpa olunub.

Ötən həftə Azərbaycana səfər etmiş və “Neftçi”ni himayə edən neft şirkətinin üst mənsubları ilə görüşmüş türkiyəli mütəxəssisin yaxın günlərdə yenidən Bakıya dönməsi gözlənilir.

Adı “Fənərbağça” ilə yanaşı hallanan 51 yaşlı çalışdırıcının Ali Koçla son görüşü istədiyi məcrada keçməyib. Sabiq “Beşiktaş”lının şərtləri “Fənər”in başqanı tərəfindən qəbul edilməyib.

Belə ki, yalşın “sarı-lacıvərdlilər”dən minimum 2 illk müqavilə, transfer bazarında sərbəstlik tələb edib, üstəlik, xeyli sayda futbolçunun düşərgədən göndərilməsini istəyib.

Onun “Neftçi” ilə bağlı görüşmələrində də oxşar mövzular müzakirəyə çıxarılıb. SOCAR ona 1+1 illik müqavilə və hər mövsümə görə 1 milyon avro məvacib təklif edib.

2021-ci ili dekabrından bəri işsiz qalan məşqçiyə əlavə bonuslıar da vəd olunub. Bu da təbii ki, Azərbaycan və Avropa arenasında qazanacağı nəticələrdən asılıdır.

Sərgən Yalçın arzuladğı məbləği sonradan 500 min avro aşağı salsa da, danışıqlar ötən günlər ərzində sanki dondurulmuşdu. İndi isə tərəflər təkrar təmasa keçib və ortaq məxrəci tapçağa çalışır.

Bakılılar yaxınlarda Lorentsiu Regekampfla müqaviləyə xitam verib. Keçən ilin iyununda görəvə gəlmiş baş məşqçinin sözləşməsi 2024-cü ilin yayında başa çatacaqdı.

Ancaq komandanın mövsümü uğursuz tamamlaması rumıniyalı ilə yolların vaxtından əvvəl ayrılmasına səbəb olub. O, 100 min avro qarşılığında getməyə razılaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti