“Neftçi” 4 legionerlə anlaşma əldə etdi – İkisi bilindi, ikisi gözləyir

26 İyun 2023 11:00 Neftçi 7 457
“Neftçi” 4 legionerlə anlaşma əldə etdi – İkisi bilindi, ikisi gözləyir

Konfrans Liqasında mübarizə aparacaq “Neftçi” transfer bazarında konkret addımlar atıb.

Sezar Meza Kolli və Vato Arveladze kimi müqavilə müddəti bitmiş əcnəbilərlə yollarını ayıran paytaxt təmsilçisi 4 yeni sima ilə anlaşıb.

Başqa sözlə, idman direktoru Zaur Əzizov son Avropa səfərindən əlidolu qayıdıb.

Anlaşılan oyunçulardan ikisinin kimliyi məlumdur, digərləri isə hələ gözləmə mövqeyindədir. “Ağ-qaralar” onların özlərini razı salıb, qalıb məxsus olduqları klublarla təzminat şərtlərində ortaq məxrəcə gəlmək.

“Ağ-qaralar“ Ervin Koffini sıralarına qatıb. Fil Dişi Sahilindən olan legionerlə 2+1 illik müqavilə imzalanıb.

Ölkəsinin U-23 yığmasının formasını geyinmiş Koffinin hazırda 28 yaşı var. «Şarleru»nin yetirməsi son olaraq Fransada «Pau»nun formasını geyinib.

2015-2018-ci illərdə «Loryen»in şərəfini qourumuş cinah müdafiəçisi Kiprdə də legioner həyatı yaşayıb. «Anortosis» və «Olimpiakos»un (Nikosiya) uğurları üçün tər töküb.

Premyer Liqanın bürünc medalçısı daha öncə “Anje”dən Miha Blajiçin keçidini həll edib.

Paytaxt təmsilçisi 30 yaşlı stoperlə 2 illik müqavilə imzalayıb. Fransa klubundan dəvət olunan mərkəz müdafiəçisi razılaşarsa, onunla sözləşmənin müdəti sonradan daha 1 il uzadılacaq.

2022-ci ilin iyunundan “Anje”də oynayan Blajiç ötən mövsüm Fransa Liqa 1-də 24 matç keçirib və 2 qol vurub.

Karyerası ərzində ölkəsində “Koper” və “Domjale”, Macarıstanda “Ferentsvaroş”un formasını geyinmiş mərkəz müdafiəçisi Sloveniya millisində 25 oyun keçirib.

“Transfermarkt”a görə, onun dəyəri iki milyon avrodur.

“Ağ-qaralar” daha əvvəl “Səbail”dən ayrılan qapıçı Emil Balayev və “Qarabağ”ı tərk edən yarımmüdafiəçi Filip Ozobiçlə anlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti