Məşhur müdafiəçinin adı “Neftçi” ilə hallandı, sorağı Arda Turanın komandasından gəldi

26 İyun 2023 00:40 Neftçi 2 677
Məşhur müdafiəçinin adı “Neftçi” ilə hallandı, sorağı Arda Turanın komandasından gəldi

Türkiyə millisinin sabiq oyunçusu Caner Erkin özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı müdafiəçi "Eyüpspor"la anlaşıb.

O, vaxtilə birlikdə oynadığı, hazırda adıçəkilən klubun baş məşqçisi olan Arda Turanın təklifini geri çevirməyib.

Erkin İstanbul təmsilçisi ilə bir illik müqavilə imzalamağa razılıq verib.

“Manispor”, ÇSKA(Moskva), “Qalatasaray”, “Fənərbaxça”, “İnter”, “Beşiktaş”, “Fatih Karagümrük”, “Başakşəhər”də oynamış Erkinin bu yay “Neftçi”yə keçəcəyi gözlənilirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti