“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.
Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, "ağ-qaralar” iyunun 21-dən etibarən gündə bir dəfə olmaqla, “Neftçi Futbol Mərkəzi”ndə məşq edir.
Əsasən fiziki təmrinlərdən ibarət olan hazırlıq prosesi klubun seleksiya şöbəsinin üzvləri – İqor Getman və Vadar Nuriyevin rəhbərliyi altında keçirilir.
Komandanən üzvləri bu müddətdə tibbi baxışdan keçəndən sonra məşqə qoşulublar. Bugünkü məşqdə futbolçuların əksəriyyəti iştirak edib.
Yeni mövsümdə Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.
"Neftçi" baş məşqçisi Laurentsiu Regekampfı iyunun 21-i istefaya göndərib. Yeni baş məşqçi təyinatı hələ reallaşmayıb.

