“Neftçi” bu tarixdə yeni baş məşqçinin adını açıqlayacaq – O, siyahıdan çıxarıldı

25 İyun 2023 12:20 Neftçi 7 092
“Neftçi” bu tarixdə yeni baş məşqçinin adını açıqlayacaq – O, siyahıdan çıxarıldı

“Neftçi”nin yeni baş məşqçisinin adına yaxın günlərdə aydınlıq gələcək.

Sportinfo.az-ən əldə etdiyi son məlumata görə, bakılılar qarşıdakı həftənin ilk yarısınadək qeyri-müəyyənliyə son qoymaq niyyətindədir.

Redaksiyamıza daxil olan informasiyaya görə, “ağ-qaralar” Hikmət Karamanı namizədlər sırasından çıxarıb.

Sonuncu dəfə “Kayserispor”u çalışdırmış türkiyəli mütəxəssison dosyesi SOCAR rəhbərliyini qane etməyib.

63 yaşlı çalışdırıcının tez-tez klub dəyişməsi və Azərbaycanda titul qazanacağına zəmanət verməməsi onun şansını sıfıra endirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti