“Həqiqətən mənə “Neftçi”dən təklif gəlib, şərtlərimi demişəm, gözləyirəm”

24 İyun 2023 13:00 Neftçi 1 835
“Həqiqətən mənə “Neftçi”dən təklif gəlib, şərtlərimi demişəm, gözləyirəm”

"Həqiqətən mənə “Neftçi”dən təklif gəlib”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında türkiyəli baş məşqçi Hikmət Karaman deyib.

2022-ci ildə “Kayserispor”dan ayrılandan sonra klubsuz qalan mütəxəssis saytımızın yaydığı məlumatı təsdiqləyib və “Neftçi” rəhbərliyinin menecer vasitəsilə onunla əlaqə saxladığını bildirib.

Karyerası ərzində Türkiyədə 20-yə yaxın klubda çalışmış 63 yaşlı Karaman “ağ-qaralar”ın Sərgən Yalçınla danışıqlar aparmasından xəbərdar olduğunu söyləyib:

“Bildiyimə görə, onlar arasında fikir ayrlığı yaranıb, sonda anlaşmayıblar. Mən Sərgən Yalçını yaxşı tanıyıram, güclü məşqçidir.

Görünür, hansı şərtlərdə razılığa gələ bilməyiblər. Mənimlə bağlı problemin yaranacağını isə düşünürəm.

Əlaqə saxlayan şəxs şərtlərimlə maraqlandı, söylədim. Nə istədiyimi, necə işləmək istədiyimi demişəm.

Yəqin ki, bir neçə günə cavab alacam. Menecer söylədi ki, “Neftçi”nin sponsoru sizinlə yaxından maraqlanır.

Azərbaycan bizə qardaş ölkədir. Orada işləmək mənə xoş olar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti