“Neftçi”dən təklif alan baş məşqçi ilə bağlı GİZLİ SƏS YAZISI “Sportinfo”nun əlinə keçdi: VİDEO

24 İyun 2023 11:40 Neftçi 5 108
“Neftçi”dən təklif alan baş məşqçi ilə bağlı GİZLİ SƏS YAZISI “Sportinfo”nun əlinə keçdi: VİDEO

“Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərov, türkiyəli qardaşlarımız demişkən, "Yılan hekayəsi"nə dönən "Neftçi" baş məşqçi postuna kimi tgəyin edəcək” suallarına aydınlıq gətirib.

Azərbaycan və Türkiyənin idman gündəmini zəbt edən açıqlamalarla böyük maraq toplayan tanınmış jurnalist Sərgən Yalçınla bağlı əldə etdiyi son məlumatı diqqətə çatdırıb.

Türkiyənin tanınmış futbolçulardan birinin atası (adının çəkilməsini istəməyib) Sərgən Yalçının əsas köməkçilərindən birinin mövcud keçidlə bağlı səs yazısını mənə göndərdi.

O, səs yazısında deyir: "Hələ anlaşma əldə edilməyib, "Neftçi"dən xəbər gözləyirik. Deyiblər ki, gözləyin".

Unutmayaq ki, onun adı "Fənərbağça" ilə anılmaqdadır. İlk gündən bəri dediyim fikirlərin heç birində yanılmamışam.

Bu keçidlə bağlı məlumat mənbəyim çox sağlamdır. Hamısı da özünü doğrultdu.

Sadəcə, transfer danışıqları elə bir məqamdır ki, adicə bir cümlə müzakirələri dayandıra bilər.

Ona görə də əziz, "Neftçi"sevərlər, qarşıdakı bir neçə gün ərzində baş məşqçinin adına aydınlıq gəlməlidir.

O şəxs Sərgən Yalçın da ola bilər, Hikmət Karaman da. Hətta tam başqa bir ad da".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti