"Başakşehir" Mert Çeliki yenidən icarəyə göndərib.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı müdafiəçi 2023/2024 mövsümündə icarə əsasında Türkiyə 1-ci liqa təmsilçisi "Bandırmaspor"da çıxış edəcək.
Millimizin də formasını geyinən M.Çelik ötən 2 mövsümdə "Neftçi"də oynayıb. Bakı təmsilçisi onunla icarə müqaviləsinin başa çatdığını açıqlayıb.

