"Neftçi"də islahat davam edir - Daha biri göndərildi

23 İyun 2023 22:40 Neftçi 1 073
"Neftçi"də islahat davam edir - Daha biri göndərildi

"Neftçi" mövsümlərarası fasilədə daha bir futbolçu ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, türkiyəli müdafiəçi Mert Çeliklə yollar ayrılıb.

"Ağ-qaralar" "Başakşehir"dən icarəyə götürdüyü 23 yaşlı oyunçu ilə sözləşməni uzatmayıb.

Mert Çelik 2020-ci ilin sentyabrından bu yana “Neftçi”nin heyətində 52 oyun keçirib, 2 qol vurub.

"Neftçi" daha əvvəl Sezar Meza Kolli və Vato Arveladze ilə əməkdaşlığa son qoyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti