Bu məşqçilərdən hansı biri "Neftçi"ni ağ günə çıxara bilər? - VİDEO

23 İyun 2023 15:00 Neftçi 2 731
Bu məşqçilərdən hansı biri "Neftçi"ni ağ günə çıxara bilər? - VİDEO

"Neftçi"də Yuri Vernidub, Roman Qriqorçuk kimi məşqçilərin uğurlu olması ehtimalı daha böyükdür".

Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində paytaxt klubunun məşqçi islahatları barədə danışıb.

Tanınmış teleşərhçi bildirib ki, "ağ-qaralar" demək olar hər mövsümün sonunda oxşar vəziyyətlə üzləşir.

Baş məşqçi göndərilir, yenisini tapmaq isə müşkül məsələyə çevrilir. Abbasov Sərgən Yalçının yalnız reklam baxımından "Neftçi"nin işinə yarayacağını qeyd edib.

Ekspert vurğulayıb ki, Vernidub və Qriqorçuk kimi məşqçilər bu komandaya daha uyğun gəlir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti