"Neftçi"nin son illər başına gələn ən XOŞ HADİSƏ

24 İyun 2023 22:40 Neftçi 3 201
"Neftçi"nin son illər başına gələn ən XOŞ HADİSƏ

"Neftçi" rəhbərliyinin Sərgən Yalçın sevdası baş tutmadı.

Bakıya qədər gələn, amma anlaşma əldə edilməyən mütəxəssis yenidən ölkəsinə qayıtdı.

Əslində onun paytaxtımıza ayaq basmasından çox keçməmiş Laurentsiu Regekampfla yolların ayrılması qısa müddətdə Sərgənlə anlaşmanın imzalanacağı görüntüsü yaratmışdı.

Yəni, imza bu qədər yaxın görünürdü.

Amma son anda "Fənərbaxça" başqanı Ali Koçdan dəvət alınca Sərgən Yalçın "Neftçi"nin rəhbərliyini də, azarkeşlərini də heçə sayıb, İstanbula qaçdı.

Və bu adam olacaqdı ölkəmizin ən köklü klubunun baş məşqçisi.

Hələ başından bu anlaşmaya qarşı çıxanlar az deyildi. Başverənlər yerində və haqqlı narazılıq imiş.

Hələ imza atmamış bir zəngə qaçıb gedən adam sabah başqa nələr etməzdi ki?

Axı futbolumuzda oxşar situasiya ilk dəfə yaşanmır.

2008/09 mövsümünün startına 3-5 gün qalmış daha yaxşı təklif qarşılığında digər türkiyəli mütəxəssis Rasim Kara özü yığıdığı, toplanış keçdiyi, böyük vədlər verdiyi "Qarabağ"ı ataraq "Xəzər Lənkəran"a keçmişdi.

Çarəsiz qalan Ağdam təmsilçisinin rəhbərliyi tələm-tələsik Qurban Qurbanovu boş qalan posta dəvət etmişdi.

Gördünüz də Rasim Kara "Xəzər Lənkəran"da, Qurban Qurbanov da "Qarabağ"da nələr etdi?

Məncə, Sərgən Yalçınla anlaşmanın alınmaması "Neftçi"nin son illər başına gələn ən xoş hadisədir. Regekampfla da yollar ayrılıb.

Əla fürsətdir ki, bacarıqlı yerli mütəxəssislərdən biri boş qalan posta gətirilsin.

Vallah-billah Bordindən, Regedən, Sərgəndən də faydalı olacaqlar.

Axı bu klubunun son illər ən böyük uğurları elə yerli mütəxəssilər - Böyükağa Hacıyev və Samir Abasovla bağlı deyilmi?

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti