Yay transfer dönəmində “Neftçi”ni tərk edən ilk əcnəbi futbolçu müəyyənləşib.
Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Sezar Meza Kolli Bakı klubundan ayrılıb.
31 yaşlı paraqvaylı oyunçunun başa çatan müqaviləsinin yenilənməməsi qərara alınıb.
2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub.

