"Neftçi"nin müdafiəçisi oynadı, "Qarabağ"lı ehtiyatda qaldı, uduzdular - VİDEO

22 İyun 2023 08:30 Neftçi 1 070
"Neftçi"nin müdafiəçisi oynadı, "Qarabağ"lı ehtiyatda qaldı, uduzdular - VİDEO

"Neftçi"nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan millisinin heyətində növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, o, Avro-2024-ün seçmə mərhələsində A qrupunda səfərdə Şotlandiyaya qarşı oynayıb.

Solomon start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili isə matçı ehtiyat oyunçular skamyasından izləyib.

Görüşdə Gürcüstan 0:2 hesabı ilə məğlub olub.

3 oyundan sonra 4 xalı olan Gürcüstan millisi qrupda 2-ci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti