"Neftçi"dən istefaya göndərilən Laurentsiu Regekampfın klubdan aldığı təzminat bəlli olub.
Sportinfo.az "playsport.ro" saytına istinadən xəbər verir ki, "ağ-qaralar" rumıniyalı mütəxəssislə müqaviləni vaxtından əvvəl pozduğu üçün ona 45 000 avro ödəyib.
48 yaşlı çalışdırıcı ilə yanaşı, onun köməkçiləri ilə də yollar ayrılıb.
Laurentsiu Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayınadək müqaviləsi var idi.

