Eminlə Regekampf “Port Baku”da - ŞÜBHƏLİ GÖRÜŞ

21 İyun 2023 21:20 Neftçi 3 977
Eminlə Regekampf “Port Baku”da - ŞÜBHƏLİ GÖRÜŞ

“Neftçi”nin baş məşqçi Laurentsiu Regekampfla yollarını ayırması rəsmi təsdiqini tapdı.

Bir gün əvvəl təcili Bakıya gələn rumıniyalı mütəxəssis klub rəhbərliyi ilə görüşdə müqavilə detallarını razılaşdırandan sonra sözləşməsinə vaxtından 1 il əvvəl xitam verildi.

Rege Bakını tərk etməmişdən əvvəl sevimli futbolçularından olan Emin Mahmudovla görüşməyi vacib sayıb.

Belə ki, ayrılıq xəbərindən bir qədər sonra baş məşqçi ilə kapitan “Port Baku”da görüntülənib. İkili birlikdə nahar etmək qərarına gəlib.

Bu barədə məlumatı saytımıza sadiq oxucularımızdan biri ötürüb. Təəssüf ki, həmin şəxs səbəbkarların şəklini telefonunun yaddaşına köçürə bilməyib. Daha doğrusu, bunun üçün lazımi imkanı olmayıb.

Rege ilə Eminin görüş zamanı nələri müzakirə etməsindən xəbərsizik.

Bildiyimiz odur ki, Azərbaycan millisinin də şərəfini qoruyan futbolçu ilə başqa bir rumın çalışdırıcı Dan Petreskunun rəhbərlik etdiyi Koreya təmsilçisi “Jeonbuk Hyundai Motors” yaxından maraqlanır.

Görünür, Mahmudovun Laurentsiunun və onun agenti Leonid İstratinin vasitəsi ilə Asiya ölkəsinə yollanmaq şansı hələ də qalmaqdadır.

Emin Mahmudovun Azərbaycan millisinin Estoniya ilə oyunundan sonra doğmalarının yanına Rusiyaya yollanmaması və hələ də Bakıda qalmasının özü də böyük sualdır.

Hər halda hadisələrin axarını gözləyək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti