“Neftçi”dən 2 gün vaxt istədi, Azərbaycanı tərk etdi

21 İyun 2023 17:00 Neftçi 3 916
“Neftçi”dən 2 gün vaxt istədi, Azərbaycanı tərk etdi

Sergen Yalçın "Neftçi" ilə danışıqları yekunlaşdırıb.

Bu barədə "Beın Sports"un jurnalisti Gürler Akgün tviterdə yazıb.

O, 51 yaşlı mütəxəssisin qərarını bildirmək üçün vaxt istədiyini vurğulayıb.

"Neftçi" bu gün rumıniyalı baş məşqçi Laurentsiu Regekampfla yollarını ayırıb.

Əldə etdiyimiz məlumata görə, türkiyəli çalışdırıcı paytaxt klubunun rəhbərliyindən 2 gün vaxt alıb.

Bir qədər öncə Bakını tərk edən sabiq “Beşiktaş”lı İstanbulda yaxın çevrəsi ilə məsləhətləşəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti