"Neftçi" Türkiyə futbolunun əfsanəsi ilə 1+1 illik anlaşdı - SON DƏQİQƏ

21 İyun 2023 14:00 Neftçi 23 296
"Neftçi" Türkiyə futbolunun əfsanəsi ilə 1+1 illik anlaşdı - SON DƏQİQƏ

"Neftçi" baş məşqçi vəzifəsi üçün Bakıya dəvət etdiyi Sergen Yalçınla danışıqlara yekun vurub.

SOCAR nümayəndələri ilə görüşən 51 yaşlı çalışdırıcının təyinatının qarşıdakı dəqiqələrdə (yaxud saatlarda) rəsmi surətdə açıqlanması gözlənilir.

Öncə kiçik fikir ayrılıqları olsa da, tərəflər son anda ortaq məxrəcə gələ bilib.

Dünəndən ölkəmizdə olan türkiyəli mütəxəssis 1+1 illik müqaviləyə imza atmağa razılaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti