“Neftçi” onlardan biri ilə qarşılaşacaq - Konfrans Liqasında

21 İyun 2023 12:40 Neftçi 1 573
“Neftçi” onlardan biri ilə qarşılaşacaq - Konfrans Liqasında

“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan klubu bu gün baş tutacaq püşkatma mərasimində üç komanda və iki cütdən birinə rəqib olacaq.

Püşkdə səpələnmişlər səbətində yer alacaq “Neftçi” ilk duelini "Voyvodina” (Serbiya), “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi, “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi, “Debretsen” (Macarıstan) və ya MOİK 1948-ə (Bolqarıstan) qarşı keçirəcək.

Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti