"Neftçi"nin büdcəsi 50 milyon manat olsa... BU VİDEOYA DİQQƏT!

21 İyun 2023 11:40 Neftçi 1 827
"Neftçi"nin büdcəsi 50 milyon manat olsa... BU VİDEOYA DİQQƏT!

«Bu, futbolda heç nəyi idarə eləmir, adlara düşkünlük boş bir şeydir».

Futbol eksperti Emin Abbasov ATV kanalında yayımlanan «Futbolumuz» verlişində belə deyib.

«Neftçi»nin Sərgən Yalçını baş məşqçi postuna gətirməyə hazırlaşmasına münasibət bildirən tanınmış telejurnalist bir sıra nümunələr çəkib.

O, «Xəzər Lənkəran»ın vaxtilə Mustafa Dənizli, Con Toşak kimi məşhur mütəxəssisləri Azərbaycana gətirdiyini, milyonluq legionerlər aldığını, bununla belə, uğur əldə etmədiyini xatırladıb:

«Səhv etmirəmsə, bu gün «Qarabağ»ın büdcəsi 25 milyon manatdır. «Neftçi» Sərgən Yalçınla «Qarabağ»ı üstələmk istəyirsə, həmin pulun iki qatını xərcləməlidir.

Gör, nə qədər xərc çəkməlidirlər, 1-1,5 milyon dollarlıq legionerlər gətirməlidirlər ki, onda da bəlkə nəsə etsinlər. Başqa cür mən real heç nə görmürəm».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti