Xəbər verdiyimiz kimi, «Beşiktaş»ın eks baş məşqçisi Sərgən Yalçın dünəndən Azərbaycandandır.
«Neftçi»dən aldığı təklif səbəbilə Bakıya danışıqlar aparmağa gələn türkiyəli mütəxəssis artıq bir sıra şəxslərlə görüşüb.
O, klubun baş sponsoru olan SOCAR-ın üst ranqlı mənsublarıyla bir araya gəlib, müqavilə şərtlərini müzakirə edib.
İndiyədək ölkəsində bir çox komandanı çalışdırmış Yalçın hələ neft şirkətinin prezidenti Rövşən Nəcəfin qəbulunda olmayıb.
Ötən ilin dekabrından «Neftçi»nin Müşahidə Şurasının sədri vəzifəsini də daşıyan Nəcəfin bu gün onunla görüşməsi gözlənilir.
SPORTİNFO.AZ

