"Neftçi" baş məşqçi vəzifəsi üçün Bakıya dəvət etdiyi Sergen Yalçınla danışıqları davam etdirir.
Sportinfo.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi tviter hesabında paylaşım edib.
O bildirib ki, tərəflər müqavilə şərtlərində razılığa gəlmək üzrədir.
Bu məlumatı digər idman müxbiri Levent Ümit Erol da təsdiqləyib. Jurnalistin sözlərinə görə, ortada kiçik fikir ayrılıqları var.
"Neftçi"nin Sergen Yalçınla 1+1 illik müqavilə imzalayacağı gözlənilir.
Təyinat baş tutsa, 51 yaşlı mütəxəssis "ağ-qaralar"ın sükanı arxasında Laurentsiu Regekampfı əvəzləyəcək.

