"Neftçi”də problem yarandı, iki nəfərdən heç biri Avropaya getmədi

20 İyun 2023 20:40 Neftçi 3 168
"Neftçi”də problem yarandı, iki nəfərdən heç biri Avropaya getmədi

İyunun 21-də Avropa Konfrans Liqasında 2023-24 mövsümünün birinci təsnifat mərhələsinin püşkü atılacaq.

Püşkatma mərasimində “Neftçi”ni heç kim təmsil etməyəcək.

Əslində, klub rəsmilərindən biri İsveçrəyə yollanmalıydı. Lakin nəzərə tutulan iki şəxsin heç birinə bilet alınmayıb.

Klub rəhbərliyinin gözdən keçirdiyi ilk adam Qədir Həsənov olub. Lakin baş menecerin viza almaq məsələsində ortaya problem çıxdığından, plan dəyişib.

Növbəti namizəd kimi idman direktoru Zaur Əzizov göstərilib. Ancaq onun da səfəri baş tutmayıb.

Komandanın ayın 21-də Bakıda toplaşması nəzərdə tutulduğundan və Əzizovun bu arada işlərinin çox olması klubu çətin vəziyyətə salıb.

Bu o deməkdir ki, “Neftçi” kimi köklü klub püşkatmada təmsilçisiz qalacaq. Yəni, rəqib komandanın rəsmiləri ilə yerində tanışlıq və müzakirə mümkün olmayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti