"Neftçi" illərdir axtardığı XİLASKARI TAPDI - GÜNDƏMDƏKİ VİDEO

20 İyun 2023 13:00 Neftçi 2 834
"Neftçi" illərdir axtardığı XİLASKARI TAPDI -  GÜNDƏMDƏKİ VİDEO

Son günlər Azərbaycan və Türkiyə mediasının əsas gündəm mövzularından biri Sərgən Yalçının "Neftçi"yə gəlişi ilə bağlıdır.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, tərəflər faktiki olaraq anlaşıb:

"Sadəcə, imzaların atılması qalıb. Bildiyiniz kimi, bu xəbərin qardaş ölkədə böyük ajiotaj yaratmasında mənim imzam var.

Mənə istinad edilir. "Neftçi" Sərgən Yalçınla yeni bir həyəcan yarada bilər.

Rəhbərlik uzun illərdir uğursuzluğu bu təyinatla bir növ unutdura bilər. Sərgən hocanın futbol strategiyası da "ağ-qaralar" üçün önəmlidir.

Daim hücumu düşünən, topun səndə qalmasını hədəf seçən, sürətli bir oyun planına sahibdir. Bundan əvvəl çalışdırdığı komandalar baxımlı futbolla yadda qalıb.

Ən əsası, gətirdiyi legionerlər uzun müddət Türkiyə Super Liqasında getdikləri hər komandaya fayda veriblər. Bu anlamda transferlərə də müəyyən büdcə ayrılmalıdır.

O, xarakteri çətin və bir az da maraqlı adamdır. Bu amil də Azərbaycan Premyer Liqasına maraq qatacaq. Mətbuat konfranslarında açıqlamalarını demək belə yetərlidir".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti