«Neftçi»nin baş məşqçi postuna əsas namizəd olan Sərgən Yalçın bu gün Azərbaycana təşrif buyuracaq.
«Beşiktaş»ın sabiq çalışdırıcısını Bakıya gətirən özəl təyyarə 3 saatdan sonra Heydər Əliyev adına Hava Limanına enəcək.
2021-ci ilin dekabrından bəri işsiz olan türkiyəli mütəxəssis səfərinin ilk günündə bir sıra görüşlər keçirəcək.
O, SOCAR-ın vəzifəli şəxsləri ilə bir araya gələcək, eyni zamanda klubun şəraitiylə yerində tanış olacaq.
SPORTİNFO.AZ

