“Neftçi”nin mövsümü uğursuz başa vurması klub və komandadakı dəyişiklikləri labüd edir.
Hazırda ən aktual mövzu baş məşqçi postunda Laurentsiu Regekampfı Sərgən Yalçının əvəzləyəcəyi olsa da, rəhbərlik səviyyəsində də dəyişikliklərin yaşanacağı qaçılmazdır.
Artıq bu məsələ yuxarı dairələr çərçivəsində müzakirə olunmaqdadır.
Klubun Müşahidə Şurasının sədri, həm də ölkəmizin təhsil naziri olan Emin Əmrullayev sosial şəbəkədə klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəfi işarələyərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərinə səslənib:
“Rövşən müəllim, böyük qələbələrimiz hələ irəlidədir. Növbəti mövsüm fərqli “Neftçi” olacaq” deyirlər.
Məlum şərhə “Neftçi” azarkeşləri müxtəlif cür reaksiyalar gəlsə də, SOCAR-ın əsas söz sahibi susmağı üstün tutub.
Necə deyərlər, susmaq razılıq əlamətidir.
HƏBİB / SPORTİNFO.AZ

