“Danışaq, amma...” - Emin Mahmudov “Neftçi”ylə bağlı sualdan bu cür qaçdı

20 İyun 2023 17:00 Neftçi 2 317
“Danışaq, amma...” - Emin Mahmudov “Neftçi”ylə bağlı sualdan bu cür qaçdı

Emin Mahmudovun “Neftçi”dəki gələcəyi qeyri-müəyyən qalmaqdadır.

“Ağ-qaralar”la maddi planda anlaşa bilməyən kapitan təkliflərin arasından ən sərfəlisini seçməkdə israrlıdır.

İnternet qaynaqlarında Koreya təmsilçisi “Jeonbuk Hyundai Motors”un Mahmudovla yaxından maraqlanması və tərəflərin ortaq məxrəcə gəlməsi qeyd olunsa da, faktiki, Emin klubsuzdur.

Azərbaycan millisinin Estoniya ilə oyunundan sonra (1:1) “CBC Sport”dan olan həmkarımız Aida Əliyeva yığmamızın kapitanından müsahibə götürməyə hazırlaşanda, sürpriz vəziyyətlə üzləşib.

Belə ki, təcrübəli yarımmüdafiəçi matçla bağlı danışmağa razılıq versə də, gələcəyi ilə bağlı fikir bildirməyəcəyini diqqətə çatdırıb.

Bu barədə Aidə xanıma xatırlatma edərək işini ehtiyatlı tutub: “Danışaq, amma gələcəyimlə bağlı sual olmasın”.

Eminin dediklərini mavi ekran qarşısında əyləşənlər də eşidib.

2017-ci ildən “Neftçi”nin şərəfini qoruyan Emin Mahmudov başa çatan mövsümdə şans qazandığı 45 oyunda 19 qol vurub, 11 assist edib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti