Bütün Azərbaycanın gözü “Neftçi”də - Məşhur şəxs üçün təyyarə kirayələndi

19 İyun 2023 16:00 Neftçi 3 629
Bütün Azərbaycanın gözü “Neftçi”də - Məşhur şəxs üçün təyyarə kirayələndi

“Neftçi”nin baş məşqçi postuna namizəd olan Sərgən Yalçının Azərbaycana nə vaxt gələcəyi dəqiqləşib.

“Beşiktaş”In sabiq çalışdırıcısı artıq sabah paytaxtımızda olacaq.

2021-ci ilin dekabrından bəri işsiz olan mütəxəssisin bura səfəri üçün özəl təyyarə kirayələnib.

Lorentsiu Regekampfla vdalaşmağas hazırlaşan "ağ-qaralar" türkiyəli çalışdırıcı ilə əməkdaşlıq etmək niyyətindədir.

SOCAR-ın ali təmsilçiləri tərəfindən belə bir dəvət alan Sərgən Yalçının "ağ-qaralar"la anlaşmaq ehtimalı yüksəkdir.

Hər halda "Beşiktaş"da onun əsas köməkçisi işləmiş və "Neftçi"yə də gətirəcəyi gözlənilən Murat Şahin saytımıza açıqlamasında belə deyib:

sergen-yalcin-neftciye-gelir

"Bir müddətdir danışıqlar gedir. Demək olar ki, artıq çox şey bitib.

"Neftçi"də işləmək bizim üçün çox böyük təcrübə olacaq. Azərbaycan çempionatı heç də asan deyil.

İnşallah, planlarımızı həyata keçirərək, arzuladığımız "Neftçi"ni izləyərik. Yenə də hər şeyi zaman göstərəcək.

Sərgən Yalçının başqa təklifləri də var. O, iddialı klubda çalışmaq istəyir.

Bu səbəbdən ilyarımdır gözləyir. Ona görə də qarşıdakı 2-3 gün içində Bakıda olacağıq".

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti