"Neftçi" təklif etdi - Sən öz yoluna bax, biz də öz yolumuza

18 İyun 2023 11:55 Neftçi 4 628
"Neftçi" təklif etdi - Sən öz yoluna bax, biz də öz yolumuza

"Neftçi" ötən ilin iyulunda transfer etdiyi Solomon Kverkveliyaya təklif irəli sürüb. Yeni təklif müqavilə ilə bağlıdır.

Səhv başa düşməyin, bakılılar hazırkı sözləşməsi gələn ilin yayında başa çatacaq Gürcüstan millisinin çıxışından narazıdır.

Paytaxt təmsilçisinin rəhbərliyi 31 yaşlı legionerlə kontrakta vaxtından əvvəl xitam vermək niyyətindədir. Və qarşılıqlı razılaşma əsasında.

Arxa xətt oyunçusu bu çağırışdan xəbərdardır, ancaq hələ qərar verməyə tələsmir. Daha doğrusu, Solomonun başqa təklifi yoxdur, odur ki, gözləmə mövqeyindədir.

Solomon Kverkveliyanın buna kimi son klubu Gürcüstanda "Qaqra" olub.

O, daha əvvəl Rusiyada "Zenit", "Rubin", "Lokomotiv" (Moskva), "Rotor", həmçinin, Ukraynada "Metalist"in formasını geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti