"Neftçi"dən tanıdığımız əcnəbi: "Qarabağ" Azərbaycanın ən güclü komandasıdır"

18 İyun 2023 09:25 Neftçi 1 597
"Neftçi"dən tanıdığımız əcnəbi: "Qarabağ" Azərbaycanın ən güclü komandasıdır"

“Neftçi”nin sabiq müdafiəçisi Dmitri Kruqlov Estoniyanın “ERR” radiosuna danışıb.

Sportinfo.az xəbər verir ki, o, ölkəmizdəki karyerasını xatırlayıb.

- Azərbaycandakı karyeranızla bağlı hansı xatirələriniz qalıb?

- Təbii ki, yalnız xoş xatirələr qalıb. Yaxşı, qonaqpərvər ölkədir. Futbolu çox sevən azarkeşlərə sahibdirlər. Şübhə etmirəm ki, bu gün komandalarını dəstəkləməyə və onu irəliyə səsləməyə çalışacaqlar. Hər mənada isti olacaq - həm hava, həm də tribunalara dəstək baxımından.

- Azərbaycan millisini də başa çatan mövsümdə avrokuboklarda “Qarabağ”ın uğurlarında əməyi olan futbolçular təmsil edir. Onlarla tanışlığın var?

- Mən Maksim Medvedevi tanıyıram. Amma onun klubla müqavilə müddətini uzadıb-uzatmadığını bilmirəm. Azərbaycanda oynadığım vaxtdan xeyli keçib. Əsasən, vaxtilə yollarımın kəsişdiyi insanların hamısı artıq veterandır. Amma "Qarabağ"ı və onun seçdiyi yolu çox yaxşı xatırlayıram. Onlar ardıcıl olaraq avrokubokların qrup mərhələsinə yüksələn Azərbaycan komandasıdır. Bu da futbollarına böyük təsir göstərib. İndi haqlı olaraq ölkənin liderlərindən biridirlər. Hazırda düşünürəm ki, "Qarabağ" ölkəsinin ən güclü komandasıdır. Ölkənin ən yaxşı futbolçularının "Qarabağ"da oynamasına təəccüblənmirəm.

- 2013-cü ildə Estoniya yoldaşlıq görüşündə Azərbaycanı evdə 2:1 hesabı ilə məğlub etmişdi. Həmin görüşü xatırlayırsınız?

- O vaxtlar oynadığımı xatırlayıram. Amma heç bir müqayisə aparmazdım. Sonra bu yoldaşlıq görüşü oldu, evdə oynadıq, üstəlik noyabrda idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti