SON DƏQİQƏ: Tanınmış məşqçi "Neftçi" üçün Bakıya gəlir

17 İyun 2023 22:40 Neftçi 9 596
SON DƏQİQƏ: Tanınmış məşqçi "Neftçi" üçün Bakıya gəlir

"Neftçi" yeni baş məşqçi ilə müqavilə bağlamağa hazırlaşır.

Söhbət Türkiyənin tanınmış mütəxəssisi Sərgən Yalçından gedir.

Bu barədə yazar Levent Ümit Erol öz Tivitter hesabında məlumat paylaşıb:

"Sərgən Yalçın özəl dəvətlə Azərbaycan gedir. "Neftçi" klubu ilə masaya oturacaq".

Qardaş ölkədən olan tanış idman yazarları arasında apardığımız kiçik araşdırma zamanı onlar da bu faktı təsdiqlədilər.

Xatırladaq ki, "Neftçi"nin baş məşqçisi hazırda Laurentsiu Regekampfdır. Rumıniyalı mütəxəssisin "ağ qaralar"la gələn ilin yayına kimi qüvvədə olan müqaviləsi var. Amma son günlər paytaxt klubunun onunla yolların ayrılacağı barədə iddialar yerli mətbuatda geniş yayılıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti