İtalyan “Neftçi”nin müdafiəçisini “23-lüy”ə salmadı

17 İyun 2023 12:40 Neftçi 1 222
İtalyan “Neftçi”nin müdafiəçisini “23-lüy”ə salmadı

“Neftçi”nin futbolçusu Azər Salahlı AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə keçiriləcək oyunun “23-lüy”ünə salınmayıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Canni De Byazi 29 yaşlı müdafiəçiyə ehtiyac duymayıb.

Salahlı və U-21 yığmasının düşərgəsinə qoşulan Cəlal Hüseynov istisna olmaqla, əsas milliyə çağırılan digər 23 oyunçunun hər biri bugünkü qarşılaşmada baş məşqçinin sərəncamında olacaq.

“Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya görüşü saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti