Emin Koreyaya kimin istəyi ilə gedir? – MARAQLI FAKT

16 İyun 2023 23:00 Neftçi 4 054
Emin Koreyaya kimin istəyi ilə gedir? – MARAQLI FAKT

“Neftçi”nin Azərbaycanda saxlamağa çalışdığı Emin Mahmudov Koreya klubu ilə danışıq aparır.

Sözügedən ölkənin aparıcı klublarından olan “Jeonbuk Hyundai Motors” Azərbaycan millisinin üzvünü heyətinə qatmaqda israrlıdır.

“Ağ-qaralar” futbolçunun tələblərini yerinə yetirməsə, Mahmudov karyerasını Asiyada davam etdirəcək.

Sual doğuran məqam “Jeonbuk”un həmyerlimizə kimin vasitəsi ilə “elçi düşməsidir”. Qısa araşdırmadan sonra məlum oldu ki...

“Jeonbuk”un yeni baş məşqçisi Laurentsiu Regekampfın həmyerlisi Dan Petreskudur.

Rumıniyanın aparıcı simalarından sayılan 55 yaşlı mütəxəssis bir müddət öncə Koreya təmsilçisi ilə müqavilə bağlayıb və dərhal yeni mövsümün planlarını cızmağa başlayıb.

Emin haqda məlumat Petreskuya Regekampfın agent dostları vasitəsi ilə ötürülüb. Regenin istedadlı yarımmüdafiəçini yaxın çevrəsində hər imkanda tərifləməsi bu adı Rumıniyada dillər əzbəri edib.

Nəticədə Petresku həmyerlimiz haqda lazım olan məlumatları toplayandan sonra klub rəhbərliyindən Eminin Koreyaya gətirilməsini istəyib.

İyunun 20-nə qədər “8 nömrə”nin taleyinə aydınlıq gələcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti