Emin Mahmudovun “Neftçi“ rəhbərliyinə SON SÖZÜ – İndi nə deyir?

16 İyun 2023 09:40 Neftçi 5 513
Emin Mahmudovun “Neftçi“ rəhbərliyinə SON SÖZÜ – İndi nə deyir?

Millinin və «Neftçi»nin kapitanı Emin Mahmudov son qərarını gələn həftə verəcək.

Paytaxt klubunun düşərgəsində saxlamaq istədiyi yarımmüdafiəçi hələ qəti fikrə gəlmədiyini rəsmilərə bildirib.

O, bir neçə təklifinin olduğunu, ailəsinin məsləhəti ilə seçim edəcəyini söyləyib.

“Ağ-qaralar” ümidlidir ki, komandanın lideri yeni şərtlərlə razılaşacaq və 3 illik müqaviləyə qol çəkəcək. Bakılılar ona son olaraq 400 min dollar təklif edib. Bu, kontraktın yalnız əməkhaqqı hissəsidir.

Paytaxt təmsilçisi qarşıdakı avrokuboklar sezonunda Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanarsa, hömçinin ölkədaxili turnirlərdə titul əldə eləyərsə, ona böyük miqdarda bonus ödəniləcək.

Millinin də formasını geyinən orta sahə oyunçusu illik ödəmənin yarım milyon dollar qaldırılmasını istəyib və bu rəqəmdən 1 sent də aşağı düşməyəcəyini qarşı tərəfə söyləyib..

31 yaşlı Mahmudov, böyük ehtimalla, Cənubi Koreyaya yollanacaq. Sözügedən ölkənin yüksək dəstəsində mübarizə aparan “Jeonbuk Hyundai Motors” onun xədmətində maraqlıdır.

Bu barədə məlumat dünyanın aparıcı saytlarından olan “transfermarkt”də də əksini tapıb.

Eminin ötən mövsümü ikinci pillədə başa vuran klubla hansı müddətə və hansı məbləğə razılaşması haqda bilgi yoxdur.

2017-ci ildən “Neftçi”nin formasını geyinən Mahmudov başa çatan mövsümdə Premyer Liqada meydana çıxdığı 36 oyunda 17 qol vurub, 9 assist edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti