Məşhur şirkət "Neftçi"nin yeni sponsoru oldu

15 İyun 2023 22:40 Neftçi 1 781
Məşhur şirkət "Neftçi"nin yeni sponsoru oldu

"Neftçi"nin yeni titul sponsoru SOCAR olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabından məlumat yayıb.

Bildirilib ki, 2023/2024-cü illər mövsümündə “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni titul sponsoru ölkənin qlobal brendi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olacaq. Müqaviləyə əsasən, əsas və əvəzedici komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun loqosu əks olunacaq.

2018-ci ildə “Neftçi” ilə sponsorluq müqaviləsi imzalayan, 2019/2020-ci illər mövsümündən komandanın titul sponsoru olan Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə əməkdaşlıq müqaviləsinin müddəti artıq başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti