“Neftçi” bu mövqeyə bir neçə namizəd tapdı, onunla danışıqları “dondurdu”

15 İyun 2023 14:00 Neftçi 2 988
“Neftçi” bu mövqeyə bir neçə namizəd tapdı, onunla danışıqları “dondurdu”

Sezar Meza Kolli və Vato Arveladze ilə müqavilənin müddətini uzatmayan “Neftçi” Vojislav Stankoviçlə yolları ayıra bilər.

Paytaxt klubu 2019-cu ildən ağ-qara formanı heyinən serbiyalı müdafiəçi ilə danışıqları dayandırıb.

Hərçənd 35 yaşlı legioner 180 min dollardan aşağı məbləğə yeni kontrakt imzalamağa razıdır. Bakılılar mərkəz müdafiəçisi mövqeyinə bir neçə əcnəbi tapıb və hazırda onlar arasında seçim edir.

İşdir, həmin legionerlərdən heç biri ilə söhbət alınmasa, bax o halda Stankoviç “Neftçi”də qalacaq.

Balkanlı 10 ildən artıqdır Azərbaycandadır. O, öncə «İnter»in (indiki «Şamaxı») şərəfini qoruyub. Ardınca «Qəbələ»nin uğurları üçün tər töküb. «Neftçi»yə də elə oradan gəlib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti