“Zenit”in Sankt-Peterburqda keçiriləcək yay turnirindəki oyunlarının tarixi məlum olub.
Rusiya mediası Sportinfo.az-ın bir müddət öncə yaydığı xəbəri doğrulayıb.
Bildirilib ki, son ölkə çempionu ilk oyununda “Neftçi” ilə qarşılaşacaq.
“Qazprom Arena”da təşkil olunacaq görüş iyulun 1-nə nəzərdə tutulub. “Zenit” həmçinin iyulun 4-də “Srvena Zvezda”, 9-da isə “Fənərbaxça”nı sınağa çəkəcək.
Beynəlxalq turnir komandaların 2023-24 mövsümünə hazırlıqları üçün mühüm addım sayılır.
Rusiya mətbuatı “Zenit”in iyunun 21-də təlim-məşq toplanışına başlayacağını yayıb.
Redaksiyamıza daxil olan informasıyaya görə, “Neftçi”nin Rusiyaya səfər edəcəyi dəqiqləşib. Bütün xərclər klub tərəfindən qarşılanacaq.
“Ağ-qaralar” Piterdə 10 gün qalacaq və eyni zamanda, təlim-məşq toplanışı keçəcək.

